HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Şəki “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalı başa çatıb

Mədəniyyət Nazirliyinin dəstəyi, Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyulun 7-də başlanan Şəki “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb. Üç gün davam edən festival çərçivəsində musiqisevərlər, şəhərin qonaqları, yerli sakinlər Azərbaycanın tanınmış teatr və musiqi kollektivlərinin çıxışlarını izləyiblər.

Şuşada “Qarabağ xanlığı” kitabının təqdimatı olub

İyulun 9-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində muzey artefaktlarının toplandığı “Qarabağ xanlığı” kitabının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin tviter hesabında bildirilib.
Qeyd olunub ki, təqdimat Şuşada davam edən Azərbaycan diplomatik nümayəndəliklərinin rəhbərlərinin müşavirəsinin sessiyası çərçivəsində professor Eldar Nadiradzenin rəhbərliyi altında bir qrup gürcü alimin iştirakı ilə baş tutub.

“Əziz Şuşa” beynəlxalq veloyürüşü: İlk mərhələdə uğur qazanan idmançılara mükafatlar təqdim edilib

“Əziz Şuşa” beynəlxalq velosiped yarışının ilk mərhələsində uğur qazanan idmançılar mükafatlandırılıblar.

AZƏRTAC xəbər verir ki, Pirallahı rayonunda “Nərəkənd” parkının yaxınlığında 21 kilometr məsafəyə fərdi ötüşmə növündə qalib gələn Azərbaycan millisinin və Türkiyənin “Sakarya BB Pro Team” kontinental klubunun üzvü Elçin Əsədova qızıl medalı Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyev təqdim edib.

Xocavənd rayonu ərazisində yeni qərargah binası istifadəyə verilib

Xocavənd rayonunda səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov burada yeni istifadəyə verilən qərargah binasının açılışında iştirak edib.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirə döyüş əməliyyatları zamanı bölmələrin operativ idarə olunması, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təmin edilməsi üçün yeni qərargahda müasir kommunikasiya və informasiya vasitələri ilə təchiz olunmuş idarəetmə mərkəzinin, rabitə qovşağı və digər xidməti otaqların mövcud olduğu məruzə edilib.

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Qurban bayramı münasibətilə paylaşım edib.

AZƏRTAC paylaşımı təqdim edir: “Bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hamıya möhkəm cansağlığı, xoş duyğular və uzun ömür arzulayıram! Qoy hər kəsin həyatında nurlu, xoşbəxt günlərin sayı çox olsun! Allah bu mübarək bayram günlərində kəsilən bütün qurbanları qəbul etsin!”.