HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Səkkiz ay ərzində ölkəmizdə 140-dan çox sel-daşqın hadisəsi qeydə alınıb

Hazırda bütün dünya iqlim dəyişmələri kimi böyük problemlə üzləşib. İqlim dəyişmələri daha çox kənd təsərrüfatı və qida təhlükəsizliyinə ciddi təsir edir.

AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva “Pestisidlərin həyat dövriyyəsinin idarə edilməsi” mövzusunda regional seminarda çıxışı zamanı deyib.

Sentyabrın 18-i Milli Musiqi Günüdür

18 sentyabr – Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli Lider Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir.

AZƏRTAC xəbər verir ki, bu gün dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, musiqişünas-alim, Şərqdə ilk operanın müəllifi kimi tanınan, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 138-cı ildönümü tamam olur.

Ermənistanın Azərbaycana qarşı təxribatları intensivləşir

Ermənistan silahlı qüvvələri və Azərbaycan ərazisindəki cinayətkar rejimin tör-töküntüləri tərəfindən ölkəmizə qarşı həm şərti sərhəddə, həm də Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən təxribatlar getdikcə daha da intensivləşir və onların coğrafiyası genişlənir.

Ordumuzun mövqeləri atəşə tutulub

Sentyabrın 17-si saat 00:20-dən 00:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd və Yuxarı Zağalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu gün XİN-ə işə qəbul imtahanı keçirilir

Bu gün Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq üçün test imtahanı keçirilir.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, imtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanır. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.