HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalı başa çatıb

Azərbaycanın dilbər guşəsi Şuşada keçirilən Beynəlxalq Kulinariya Festivalı bu gün başa çatıb.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada müxtəlif ölkələrin kulinarları bir araya gəliblər.

Quba və Qusarın dağlıq ərazilərinə qar yağıb

Quba və Qusarın dağlıq yaşayış məntəqələrinə qar yağıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mayın 7-si şimal bölgəsində hava şəraiti kəskin dəyişib. Gündüz saatlarında bölgədə güclü külək olub. Axşam saatlarında isə yağış, sulu qar və dağlıq ərazilərdə qar yağıb.

Qubanın Qrız kəndində 2, Xınalıqda 1 santimetr hündürlüyündə qar qeydə alınıb.

Dövlət İdarəçilik Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” adlı elmi-praktiki konfrans keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nəzdində fəaliyyət göstərən Heydər Əliyev Dövlət İdarəçilik Məktəbində ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” adlı elmi-praktik konfrans keçirilib.