HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Tarixi, siyasi, hüquqi və mənəvi zərurətdən qaynaqlanan qanun


Xalqımız tarixi və şanlı günlər yaşayır. Azərbaycanın qələbəsi ilə başa çatmış 44 günlük İkinci Qarabağ müharibəsində əldə edilmiş qələbənin birinci ildönümünə üç həftə qalmış bir ərəfədə – 18 oktyabr 2021-ci ildə dövlətçilki tariximizdə xüsusi önəm kəsb edən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsinin 30 illiyi xüsusi qürur və ehtiramla qeyd edilir.