Bakıda növbəti ağacəkmə aksiyası və iməcilik keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Bakı şəhərində yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir. Ənənəvi olaraq Novruz bayramı ərəfəsində martın 15-də Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə paytaxtın Nərimanov rayonu ərazisində ağacəkmə aksiyası keçirilib.