Azərbaycanın Olimpiya komandası “Tokio-2020”ni 3 gümüş və 4 bürünc medalla başa vurub

Azərbaycanın milli Olimpiya komandasının “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında mübarizəsi başa çatıb.

Azərbaycanın milli Olimpiya komandasının “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında mübarizəsi başa çatıb.
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 79 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma ilə bağlı 8 fakt üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Son sutka ərzində Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 1289 yoluxma faktı qeydə alınıb, 409 nəfər müalicə olunaraq sağalıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, işğaldan azad edilmiş ərazilərimizdə dislokasiya olunan hərbi hissələrin şəxsi heyətinin təchizat, təminat və sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müvafiq obyektlərin tikintisi davam etdirilir. Müdafiə Nazirliyinin rəhbərliyi Kəlbəcər və Laçın rayonları ərazisində yeni inşa edilmiş və əsaslı təmirdən çıxmış anbarlara baxış keçirib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Ordusunun şəxsi heyətinin sağlamlığının qorunması istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir. Hərbi hissələrdə müasir standartlara cavab verən tibbi infrastrukturun yaradılması istiqamətində müvafiq fəaliyyətlər həyata keçirilir.