HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Dörd il əvvəl Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini növbəti dəfə raket hücumuna məruz qoyub

Vətən müharibəsi zamanı Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini növbəti dəfə raket hücumuna məruz qoymasından 4 il ötür. Müharibənin on ikinci günü – 2020-ci il oktyabrın 8-də erməni hərbçiləri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq mülki əhalisinin sıx yaşadığı məntəqələrə zərbələr endirib.

Aktotı Raimkulova: Qarabağdakı abidələrin bərpası təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq məsələsidir

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən ümumtürk maddi və qeyri-maddi mədəni irs kataloqunun hazırlanması istiqamətində işlər görülür. Türk dövlətlərinin başçılarının tapşırığına əsasən görülən bu iş, sadəcə, ortaq mirasın siyahısının hazırlanmasından ibarət deyil. Kataloq daha geniş ictimaiyyətə çatdırılması məqsədilə kitab və rəqəmsal formatda yayımlanacaq. Bizi birləşdirən ortaq irsimizin tanıdılmasına dəstək olacaq bu fəaliyyət istiqamətində hər ölkənin tövsiyəsi ilə mötəbər elm xadimlərimizdən və mütəxəssislərimizdən ibarət xüsusi komissiya yaradılıb.

Vətən müharibəsinin xronikası: 7 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.