
İşğaldan azad edilmiş ərazilərdə sayca 25-ci kütləvi məzarlıq aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, bunu Xocalıda jurnalistlərə açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib.
Onun sözlərinə görə, aprel ayında aparılmış qazıntılar zamanı 2 kütləvi məzarlığa rast gəlinib. Kütləvi məzarlıqlardan biri Şuşa şəhərinin yaxınlığında – Şuşa-Xankəndi yolu ilə Şuşa-Laçın yolunun birləşməsində aşkarlanıb. Həmin ərazidə ən azı 5 itkin şəxsə aid olan meyit qalıqları aşkarlanaraq götürülüb.
Eldar Səmədov bildirib ki, Əsgəran-Xocalı yolunun üzərində aşkarlanan kütləvi məzarlıqda isə azı 7 itkin şəxsə aid meyit qalıqlarının olduğu ehtimal edilir. Meyit qalıqları əsasən mülki şəxslərə aiddir. Qeyri-ənənəvi dəfnolunma üsulları müşahidə olunub.
“Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dövlət Komissiyasında 3990 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Son illərdə aparılan axtarış-qazıntı, eyni zamanda, eyniləşdirmə prosesi nəticəsində 170 vətəndaşın taleyinə aydınlıq gətirilib”, – deyə E.Səmədov əlavə edib.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










