Cəmiyyətə töhfə və fərdi uğurun ən sadə düsturu – könüllülük

“Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “Könüllülər İli” çərçivəsində elan etdiyi müsabiqə üzrə qalib olmuş “Könüllü inkişaf” – maarifləndirmə, mediada və sosial şəbəkələrdə geniş təşviqat kampaniyasının təşkili adlı layihə icra edir. Layihə çərçivəsində təşkilat ekspertlərin tövsiyələri əsasında gənclərin könüllülüyə cəlb olunması, bunun cəmiyyətə, dövlətə faydaları, gənclərin özünə qazandırdığı imkanlar barədə motivasiya xarakterli çağırış, maarifləndirici mətn hazırlayıb. Gənclər könüllü olmaqla hansı faydaları verir və özü üçün nələr qazanır?