HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Cəbhəboyu ərazilərdə raket, top mərmiləri və dronlar zərərsizləşdirilib

2020-ci il oktyabrın 24-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Füzuli, Goranboy, Naftalan və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən 34 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 1 müraciət daxil olub.

Ermənistan ordusu Goranboyda yaşayış məntəqəsinə iki ədəd “Smerç” raketi atıb

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq iriçaplı silahlardan və artilleriya qurğularından ordumuzun mövqelərini və yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir. Dinc əhalini və mülki infrastrukturu hədəfə alan düşmən Azərbaycanın şəhərlərinə, rayonlarına, kəndlərinə mərmilər və qadağan olunmuş bombalar atır.