
Azərbaycan Respublikasında koronavirus infeksiyasından 4317 nəfər müalicə olunaraq sağalıb, 2961 yeni yoluxma faktı qeydə alınıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Oğuz və Qəbələ rayonlarında da Vətən müharibəsi şəhidlərinin ailələri və bu müharibənin iştirakçıları üçün kiçik təsərrüfatlar yaradılıb.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və şanlı ordumuzun şücaəti sayəsində işğaldan azad olunmuş Şuşa şəhərində ilk çörək və şirniyyat müəssisəsi fəaliyyətə başlayıb. İstehsal sahəsi və mağazadan ibarət müəssisə Şuşada fəaliyyətə başlayan ilk sahibkarlıq subyektidir.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyquya başsağlığı ünvanlayıb.

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 4210 nəfər müalicə olunaraq sağalıb, 3705 yeni yoluxma faktı qeydə alınıb.