
Qırğız Respublikası Azərbaycanın tamhüquqlu üzv qismində Məşvərət görüşləri formatımıza qoşulması təşəbbüsünü dəstəkləyir. Qardaş Azərbaycanın iştirakı ilə formatımızın genişləndirilməsi Mərkəzi Asiyanın qarşısında xüsusilə beynəlxalq tranzit, logistika və energetika sahələrində yeni imkanlar, geniş əməkdaşlıq üfüqləri açacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qırğızıstan Prezidenti Sadır Japarov Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün “Mərkəzi Asiya+Azərbaycan” formatında iclasında çıxışı zamanı bildirib.
Sadır Japarov qeyd edib: “Bu gün əminliklə deyə bilərik ki, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinin formatı baş tutub. Bu format öz səmərəliliyini sübut edib, təkcə regionumuzda mövcud problemlərin müzakirə olunduğu deyil, həm də yeni təşəbbüslərin və təkliflərin fəal şəkildə irəli sürüldüyü real, özünəməxsus yeganə platformaya çevrilib”.
















Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir










