HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Prezident İlham Əliyev Zimbabve Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Zimbabve Respublikasının Prezidenti Emmerson Dambudzo Mnanqaqva ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Zimbabve Prezidentinin COP29-da iştirakına görə minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri Patris Emeri Trovoada ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, San-Tome və Prinsipi Demokratik Respublikasının Baş nazirinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərdə ilk səfər olduğunu deyən dövlətimizin başçısı onun əhəmiyyətinə toxundu.

Qvineya-Bisaunun Prezidenti Azərbaycanda səfərdədir

Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo noyabrın 10-da BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.