
Gürcüstanın nüfuzlu apsny.ge və sputnik-georgia.ru portalları aprelin 4-də Bakıda Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında imzalanmış “Yaşıl enerji dəhlizi” haqqında memorandum barədə xəbərlər yayıblar.
AZƏRTAC xəbər verir ki, memorandumun əhəmiyyəti barədə oxuculara məlumat verilir.
Bildirilir ki, Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstanın energetika nazirlikləri yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti sahəsində əməkdaşlığı gücləndirmək üçün anlaşma memorandumu imzalayıblar.
Memorandum dörd ölkə arasında transsərhəd elektrik enerjisi infrastrukturu sahəsində əməkdaşlığı daha da dərinləşdirəcək.
Memorandumun məqsədi yaşıl elektrik enerjisi sahəsində birgə layihələrin təşviqi, müvafiq enerji infrastrukturunun yaradılması, bilik və texnologiya mübadiləsi, qarşılıqlı faydalı təşəbbüslərin dəstəklənməsi yolu ilə yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti sahəsində tərəflər arasında iqtisadi, elmi və texniki əməkdaşlığı inkişaf etdirmək və gücləndirməkdir.
“Sənəddə regional enerji təhlükəsizliyi və rifahının təmin edilməsi üçün sərhədyanı əməkdaşlığın vacibliyi vurğulanır. Tərəflər həm memorandumda iştirak edən ölkələr, həm də qonşu ölkələrlə yeni enerji infrastrukturu layihələrinin həyata keçirilməsi və yaşıl elektrik enerjisi ticarətinin inkişaf etdirilməsi arzularını ifadə ediblər. Memoranduma əsasən, birgə əməkdaşlıq planlarının hazırlanması, habelə onların icrasına və təhlilinə nəzarət etmək üçün işçi qrupu yaradılacaq”, –deyə xəbərlərdə vurğulanır.
Xətayi Əzizov
AZƏRTAC-IN XÜSUSİ MÜXBİRİ
Tbilisi
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










