HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Qarabağ qazisi Seyidağa Mövsümlü vəfat edib

Xocalı soyqırımını ilk lentə alan tanınmış teleoperator, Qarabağ qazisi Seyidağa Mövsümlü vəfat edib. Lent.az xəbər verir ki, bu barədə qaziler.az saytına mərhumun dostu, hərbi kinooperator, rejissor Nizami Abbas məlumat verib.

TARİXİ ABİDƏ KİMİ QEYDƏ ALINAN MƏSCİD DAĞILIR, AİDİYYƏTİ NAZİRLİK İSƏ SUSUR – FOTOLAR

“Quba rayonunun Xanəgah kənd məscidi məhv olmaq üzrədir”.
 
Bu barədə “Sherg.az”a kənd sakini Xanəli Absəlimov məlumat verib.
 
X.Absəlimovun sözlərinə görə, məlum məscid XVIII əsrdə tikilib və onun binası sovet dövründə anbar kimi istifadə edilib:
“Həmin vaxt məscidə un, buğda məhsulları və s. yığılırdı. Vaxtilə binada minbər olub. Mənim yadımdadır ki, çoxlu kitablar, bəzi kağız sənədlər də var idi. Onları kimsə daşıyıb, aparıb.
Kənd camaatı bir neçə dəfə əllərindən gələn qədər məscidi təmir etməyə çalışdı. Amma bir müddət sonra o külək və yağışa tab gətirə bilmədi. Artıq məscid sıradan çıxıb və dağılıb. Məscid tarixi abidə kimi qeydə alındığı üçün kənd camaatının ona əl vurmağa səlahiyyəti yoxdur. Abidənin ya təmir edilməsi, ya da yerində yeni məscidin tikilməsi lazımdır.
Kənd sakinləri dəfələrlə aidiyyəti qurumlara yazılı və şifahi müraciət ediblər. Amma heç bir tədbir görülməyib. Mədəniyyət Nazirliyinə müraciət edilib. Əvvəl məscidin təmir ediləcəyi deyilirdi, amma bu baş tutmadı”.
Qeyd edək ki, məscidin dağılması məsələsini ictimaiyyətə çatdıran tanınmış jurnalist Fuad Babayev mətbuatda köhnə məscidin fotolarını işıqlandırıb. Müəllifin lentə aldığı fotolardan görünür ki, tarixi abidə kimi qeydə alınan məscid tamamilə sıradan çıxıb və məhv olmaq üzərdir.
 
Fotoları təqdim edirik: