HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Vətən müharibəsində 2783 nəfər şəhid olmuş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları barədə 3 dekabr 2020-ci il tarixli məlumatına əlavə olaraq bildiririk ki, dekabrın 15-dək 2756 şəhidimiz dəfn edilmişdir.

Baş Prokurorluq və DİN Ağdam rayonunda üç nəfərin minaya düşməsi ilə bağlı birgə məlumat yayıb

Dekabrın 13-də saat 17 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin bir hərbi qulluqçusu, eləcə də Ağdam rayon sakinləri 1984-cü il təvəllüdlü Əhmədov Toğrul Vilayət oğlu və 1990-cı il təvəllüdlü Məmmədov Elçin Qanboy oğlu işğaldan azad olunmuş Ağdam rayonunun Şahbulaq kəndinin ərazisində olarkən piyada əleyhinə minaya düşüblər. Nəticədə Elçin Məmmədov həlak olub, hərbi qulluqçu və Toğrul Əhmədov isə ağır dərəcəli bədən xəsarətləri alıblar.

Cəbrayılda Şərq çinarları əkilib

Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin əməkdaşlarının iştirakı ilə Cəbrayıl şəhəri ərazisində ağacəkmə aksiyası keçirilib.