Ermənilər Azərbaycan Ordusunun mövqelərini minaatan və iriçaplı pulemyotlardan atəşə tutublar
“Ermənistan sülh istəmir, status-kvonun dəyişilməz qalmasına çalışır, buna görə də münaqişə həll olunmur”.
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində minaatan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 45 dəfə pozub.
Bu günlərdə Human Rights Watch beynəlxalq təşkilatı özünün növbəti anti-Azərbaycan bəyanatını yayımlayıb. Diqqəti çəkən məqam ondan ibarətdir ki, bəyanat Aİ-nin Avropa qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Yohannes Hanın Bakı səfəri ərəfəsində yayımlanıb. Xatırlatmaq istərdim ki, bir qrup xarici QHT-lər Avropa İttifaqının İnsan hüquqları üzrə xüsusi nümayəndəsi cənab Stavros Lambrinidisin fevralın 23-26 tarixlərində Azərbaycana rəsmi səfəri ərəfəsində analoji anti-Azərbaycan bəyanatı ilə çıxış etmişdilər.
Beynəlxalq münasibətlər üzrə gənc ekspert, Fransanın Monteskyö Universitetinin məzunu Səid Musayevin məşhur “The Times of Israel” qəzetində fransız dilində Xocalı soyqırımı ilə bağlı məqaləsi dərc edilib.
Müdafiə Nazirliyi (MN) bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 57 dəfə pozub.