Bu gün Şamaxı rayonunun Məlcək kəndində yeni tikilmiş ümumi orta məktəb binasının açılışı olub.
Məktəbin binası Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə inşa olunub

Məktəbin direktoru Sənəm Rəsulovanın aparıcılığı ilə keçən açılış mərasimində Şamaxı rayon İcra Hakimiyyəti Başçısının müavini Gülnisə Ələkbərova, Şamaxı rayon Təhsil Şöbəsinin müdiri Eyvaz Eminalıyev, Şamaxının millət vəkili Elxan Süleymanov və kənd ağsaqqalları çıxış etdilər.
Elxan Süleymanovun nəvələri, məktəbin şagirdləri Ana, Məktəb və Vətən haqqında şeirlər söylədilər. 16 nəfər birinci sinif şagirdinə millət vəkili dərs vəsaiti ləvazimatlarını hədiyyə etdi.







































Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










