HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

27 dekabr tarixində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi 90 dəfə pozulub

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 90 dəfə pozulub. Erməni silahlı bölmələri Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Azərbaycan XİN: Ermənistan Yaponiya istehsalı olan hərbi texnikanı üçüncü tərəf vasitəsilə alaraq Dağlıq Qarabağda yerləşdirib

Bunu APA-ya açıqlamasında Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev bildirib.

Azərbaycanın işğal olunmuş ərazilərində dislokasiya olunmuş Ermənistan silahlı qüvvələrinin Yaponiyanın “Hino” şirkətinin istehsalı olan ağır hərbi texnika daşıyıcılarından istifadə etməsi barədə xəbərlər və fotoşəkillər yayılması ilə bağlı məsələni şərh edən H.Hacıyev qeyd edib ki, Azərbaycan XİN bu məlumatı araşdırıb.