“2007-ci ildə məcburi köçkünlərin olduqca ağır şəraitdə yaşadıqları 12 çadır və 3 dəmir yolu üzərindəki yük vaqonlarından ibarət düşərgə, 2016-cı ildə isə fin tipli evlərdən ibarət 16 qəsəbədən sonuncusu ləğv olunub və orada müvəqqəti məskunlaşmış məcburi köçkün ailələr yeni salınmış qəsəbələrə köçürülüb”.
İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası qanununun icrasının vəziyyətinin öyrənilməsi layihəsinin icrasına başlamışdır.
Cənnətməkan Qarabağ! Hüsnünə min dastan yazılsa da, olduğu kimi vəsf olunmayan mahal, “…nələr çəkmiş başın sənin, bilinməyir yaşın sənin!” Təbiətinin özəllikləri gözəlliklərinin sayını bir az da artırıb. Bəlkə elə ona görə gözə-nəzərə gəlmisən? Zirvə tacın Şuşanın dağlarının başı daim dumanlı olub! Amma zaman-zaman bu gözəlliyə göz dikənlərin iştahları daş altda, istəkləri gözlərində qalıb! Yenə də elə olacaq, anamız Qarabağda şikəstə əvəzinə bir dəli hayqırtı çəkiləcək – “Cəngi” çalınacaq, “Qarabağ şikəstəsi”ni “Misri” əvəz edəcək – qələbə müjdəli!