HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Musa Yaqubun yeni kitabı – “İndi bildim nağıldı…”

_MG_5837f

Azərbaycanın görkəmli şairi Musa Yaqubun 80 illik yubileyi ərəfəsində “İndi bildim nağıldı…” kitabı işıq üzü görüb. Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə nəşr olunan kitaba şairin müxtəlif mövzularda 400-dən artıq şeiri və iki poeması daxil edilib. Kitab Elxan Süleymanovun ön sözü ilə açılır.

Aprel döyüşlərində yaralanmış əsgər və zabitlər protezlərlə təmin ediliblər

14930225932484018542_1000x669

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə verilən protezlər ən yüksək texnologiya əsasında hazırlanıb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın tapşırığına əsasən, “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi üzrə işlər başa çatdırılıb. Qeyd edək ki, Heydər Əliyev Fondunun və müvafiq dövlət qurumlarının əməkdaşlarının iştirakı ilə yaradılan işçi qrup layihənin ilkin mərhələsində 2016-cı ilin aprel döyüşləri zamanı yaralanmış və protezləşməyə ehtiyacı olan hər bir əsgər və zabitlə fərdi görüşlər keçirib, onlara individual yanaşma tətbiq olunub. Belə ki, 2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin fərdi xüsusiyyətləri, onların aktivlik dərəcələri, həyat tərzləri, məşğuliyyətləri və hər bir istifadəçinin protezlərə olan fərdi tələbləri təhlil edilərək hərbçilərimiz üçün uyğun, müasir protez istehsalçıları olan qabaqcıl şirkətlərin yüksək texnologiyalı məhsulları seçilib.

Yaqub Mahmudov: Dünya ictimaiyyətinin həqiqətləri görmək istəməməsi bizi narahat edir

14930423632072763727_1000x669

Lənkəranda “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfrans keçirilir

Aprelin 24-də Lənkəran şəhərində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti, AMEA-nın Tarix İnstitutu, Türkiyə Cümhuriyyətinin Atatürk Araşdırma Mərkəzi və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfrans işə başlayıb.

“Ermənilərin digər xalqlara qarşı törətdiyi soyqırımlar” kitabı təqdim olunub

DSCF1431

Aprelin 24-də “Azərkitab” kitab təbliğatı mərkəzində Xaqani İsmayılın “Ermənilərin digər xalqlara qarşı törətdiyi soyqırımlar” adlı kitabının təqdimat mərasimi olub. Tarixçi və jurnalistlərin, eləcə də diplomatik korpus nümayəndələrinin iştirak etdiyi mərasimi giriş sözü ilə açan jurnalist Ramiz Əsgər X.İsmayılın fəaliyyəti barəsində iştirakçıları məlumatlandırıb. Kitabın müəllifi Xaqani İsmayıl kitab üzərində iş prosesindən, ermənilərin Birinci dünya müharibəsi dövründə yunanlara, sonrakı dövrdə Qafqazda almanlara, eləcə də Abxaziyada gürcülərə və digər millətlərə qarşı törətdiyi əməllərdən, İkinci dünya müharibəsi dövründə faşistlərin yaratdığı “erməni legionu”nun fəaliyyətindən danışıb. Ermənilərin torpaq iddialarının coğrafiyasından bəhs edən müəllif xain qonşularımızın “dənizdən-dənizə Böyük Ermənistan” ideyası ilə kifayətlənmədiklərini, İranın şimalı və Xəzərin şərqinə də iddialı olduqlarını vurğulayıb.