Rusiyanın ATƏT-dəki səfiri: “Vyana və Sankt-Peterburq razılaşmaları tam icra olunmalıdır”
“Dağlıq Qarabağ münaqişəsi zonasında aprel hadisələri ATƏT-in Minsk qrupu üçlüyünün vasitəçiliyinin vacibliyini göstərdi”.
“Dağlıq Qarabağ münaqişəsi zonasında aprel hadisələri ATƏT-in Minsk qrupu üçlüyünün vasitəçiliyinin vacibliyini göstərdi”.
Amerika xalqı öz seçimini etdi və Donald Trampı Prezident seçdi. Bu, Amerika xalqının seçimidir və bu seçimə dünya birliyinin bütün üzvləri kimi, Azərbaycan da hörmətlə yanaşır və Trampla əməkdaşlığa ümid edir. Azərbaycan Prezidenti İlham Əliyev də Donald Trampa prezident seçilməsi ilə əlaqədar təbrik məktubu ünvanladı.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistlərə müsahibəsində deyib.

Ermənistanın hazırkı rejimi erməni xalqını talan edir. Serj Sarkisyan prezident yox, işğalçıdır. O, təkcə azərbaycanlılara deyil, ermənilərə qarşı da soyqırımı həyata keçirib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri erməni hüquq müdafiəçiləri noyabrın 9-da Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində keçirdikləri mətbuat konfransında bildiriblər.
Söz Azadlığını Müdafiə Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Daha gözəl Azərbaycan naminə: Azərbaycançılıq və Heydər Əliyev irsi” mövzusunda məktəblilər arasında tədbirlərin təşkili layihəsinin icrasına başlamışdır.
Noyabr ayının 4-də Niderlandın Zeyland bölgəsinin, Zirikze şəhərində Azərbaycanı tanıtmaq məqsədilə tədbir keçrilib. Şəhər kinoteatrında baş tutan təbdbir Niderlandda fəaliyyət göstərən “Connect”təşkilatının təşkilatçılığı ilə düzənlənib. Tədbirin aparıcısı, Niderlandda çıxan “Vereldregio” qəzetinin baş redaktoru Aad van der Vouden tədbiri açıq elan etdikdən sonra söz “Connect” təşkilatının sədri, soydaşımız Vüqar Abbasova verilib.