HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Şərti olaraq vaxtından əvvəl azad olma institunun tətbiqi ilə bağlı yaradılmış komissiya 9 saylı cəzaçəkmə müəssisəsində olub

14976258_987987701326868_1480276695_o

4 noyabr 2016-cı il tarixində Ədliyyə Nazirliyində şərti olaraq vaxtından əvvəl azad olma institunun tətbiqi ilə bağlı yaradılmış komissiyanın növbəti iclası 9 saylı cəzaçəkmə müəssisəsində keçirilmişdir. Komissiyanın  işində “İnsan hüquqları XXI əsr – Azərbaycan” fondunun prezidenti, Ədliyyə Naziri yanında İctimai Komitənin üzvü Şahin Camalov da iştirak etmişdir. İclas zamanı komissiya tərəfindən 9 saylı cəzaçəkmə müəssisəsindən cəza müddətinin bir hissəsini tamamlamış, vaxtından əvvəl şərti azad olunması və ya məntəqə tipli cəzaçəkmə müəssissəsinə keçirilməsi məqsədilə ümumilikdə 15 nəfər məhkumun işinə baxılmış, onların şəxsi işləri, cəza çəkdiyi müddətdə müəssisənin daxili nizam-intizam qaydalarına necə riayət etməsi və islah prosesinə münasibəti ciddi araşdırılmış, məhkum barədə müəssisə əməkdaşlarının rəyi öyrənilmişdir. İclasın yekununda qaldırılan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunmuşdur.

Milli mübarizə tariximizə yeni töhfə. «On yeddi illik mücadilə” işıq üzü gördü

 

     14877234_978694005589571_1919844115_n

       “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun layihəsi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “On yeddi illik mücadilə” Azərbaycanda sovet işğalına qarşı milli müqavimət hərəkatı.1920-1937 kitabı çapdan çıxıb. Kitabın müəllifləri tanınmış tədqiqatçılar, “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun həmtəsisçiləri Anar Turan və Ceyhun Bayramlıdır.

Həmsədrlər bəyanat yayıb

bc2913a0c93df74b65f5608830805302

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andriu (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik oktyabrın 23-25-də regiona səfərlərinin yekununa dair bəyanat yayıblar.

Gürcü jurnalist: “Azərbaycanla Gürcüstan Ermənistana qarşı birgə mübarizə aparmalıdır”

b86a771f38d0009cce226df48f072bdc

Tiflisdə Qarabağ Azadlıq Təşkilatı (QAT) tərəfindən Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş tədbir keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev bildirib ki, Dağlıq Qarabağ problemi 24 ildir davam edir və ATƏT-in Minsk qrupunun münaqişənin həllinə dair gördüyü işlərin heç bir nəticəsi olmayıb.