HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

IV Şəki Beynəlxalq Teatr Festivalının rəsmi açılış mərasimi olub

Festivallar şəhəri kimi tanınan qədim Şəki daha bir beynəlxalq festivala ev sahibliyi edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 1-də Şəki Dövlət Dram Teatrında IV Şəki Beynəlxalq Teatr Festivalına start verilib.

Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə reallaşan festival Şəkidə milli peşəkar teatrın yaranmasının 145 illiyinə həsr olunub.

Strateji mövqedə yerləşən Laçın rayonunun işğaldan azad edilməsinin ildönümüdür

Azərbaycanın füsunkar guşələrindən olan və strateji cəhətdən əlverişli mövqedə yerləşən Laçın rayonu dörd il əvvəl erməni hərbi birləşmələrinin işğalından azad edilib. 2020-ci ilin Vətən müharibəsində Ermənistan ordusu tamamilə darmadağın edilərək kapitulyasiya aktına imza atmağa məcbur oldu. Ermənistanın imzaladığı kapitulyasiya aktına əsasən həmin il dekabrın 1-də erməni hərbi birləşmələri Laçın rayonunun ərazisindən çıxdı və bununla da otuz ilə yaxın davam edən işğala son qoyuldu. Daha bir rayon bir güllə atılmadan, bir şəhid vermədən və öz əzəli sahibinin nəzarətinə keçdi.