HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

ABŞ şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya yatırmaqda maraqlıdırlar

ABŞ-ın Ticarət Palatasının Azərbaycana biznes missiyası çərçivəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədovun iştirakı ilə dəyirmi masa keçirilib. Dəyirmi masada kənd təsərrüfatı, əlverişli biznes mühiti, aqrar sektora investisiya imkanları, dövlət dəstəyi mexanizmləri, kənd təsərrüfatının əsas istiqamətləri və digər mövzularda əməkdaşlıq məsələləri müzakirə olunub.

ABŞ şirkətləri ilə Zəngəzur dəhlizi üzərindən elektrik enerjisinin nəqli perspektivləri dəyərləndirilib

ABŞ Ticarət Palatasının Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi biznes missiyası çərçivəsində energetika naziri Pərviz Şahbazovun rəhbərliyi və SOCAR, “AzərEnerji” ASC, “Azərişıq” ASC, “Azəristiliktəchizat” ASC, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin iştirakı ilə dəyirmi masa keçirilib.

Əməkdar memar: Yaxın gələcəkdə paytaxtda tramvay xətlərinin bərpası gözlənilir

Bakıda ictimai nəqliyyatın genişləndirilməsi və inkişafı nəzərdə tutulur. Xüsusilə yeni metro stansiyalarının inşası planlaşdırılır. Yaxın gələcəkdə tramvay xətlərinin bərpası da gündəmdədir ki, bu da Bakının mərkəzindən nisbətən kənarda yerləşən yaşayış məntəqələri – Əhmədli, Günəşli, Sabunçu və digər ərazilərlə gediş-gəlişi daha da asan və rahat edəcək.