HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından dörd il ötür

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi dövründə erməni hərbçiləri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq mülki əhalinin sıx yaşadığı məntəqələrə zərbələr endirib.

İsveçdə “Qarabağ və Qərbi Azərbaycan: Zəfər təntənəsi” adlı onlayn simpozium keçirilib

Oktyabrın 26-da Stokholmda Dünya Azərbaycanlıları Beynəlxalq Fondu, İsveç Azərbaycanlıları Konqresi, “Türksan” Türk Dünyası Mədəniyyət və İncəsənət Mərkəzi, Stokholm və Sankt-Peterburq Universitetləri, həmçinin “Çinar” Azərbaycan Milli Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ və Qərbi Azərbaycan: Zəfərin təntənəsi” adlı beynəlxalq elmi onlayn simpozium keçirilib.

Xarici səyyahlar Şuşaya gəliblər

Belçika vətəndaşı Yves Bouvienin başçılıq etdiyi Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik geniş səyyahlar qrupu Füzulidən sonra Şuşaya gəliblər.