HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Avqustun 30-u saat 22:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Azərbaycanlı şəhid övladları Türkiyədə Zəfər Bayramı münasibətilə keçirilən hərbi paradda yürüş ediblər


“Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri” İctimai Birliyi (TÜİB) və “YAŞAT” Fondunun birgə təşkilatçılığı “Azərbaycan Hava Yolları” QSC-nin və Türkiyə Respublikasının Gənclik və İdman Nazirliyinin dəstəyi ilə “Ay Yıldız Kampı” layihəsi çərçivəsində İstanbul və Çanaqqalada təşkil olunan yay düşərgəsinə göndərilən azərbaycanlı şəhid övladları Çanaqqalada 30 Avqust Zəfər Bayramı münasibətilə həyata keçirilən hərbi paradda hərbçilərdən sonra yürüş ediblər.

Azad edilmiş ərazilərdə aşkarlanmış kütləvi məzarlıqlardan 500-ə yaxın insan qalığı tapılıb – HESABAT

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun topladığı şahid ifadələri və materiallar əsasında Xocavənd rayonunun Edilli kəndində aşkar edilən kütləvi məzarlıqda Ermənistan silahlı qüvvələri tərəfindən işğal dövründə girovluqda saxlanılarkən qətlə yetirilmiş 15-20 nəfər azərbaycanlı mülki şəxsin nəşinin 3 metr dərinlikdə basdırıldığı məlum olub. Eləcə də Edillidə tapılmış məzarlıqda basdırılmış Azərbaycan hərbi qulluqçularının əl və ayaqlarının məftil və ya kəndirlə bağlanması kimi faktlar aşkarlanıb.