HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

AZƏRTAC xəbər verir ki, dünyada bu günün qeyd olunması 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixinin uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.

Böyük Qayıdış: Laçın şəhərinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “Böyük Qayıdış” proqramı üzrə Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.

AZƏRTAC xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı mayın 31-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə – 68 nəfər köçürülüb. Bununla da indiyədək Laçın şəhərində 513 ailənin, yəni 1906 nəfərin daimi məskunlaşması təmin edilib.

Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı təşkil olunacaq

Uşaqların Beynəlxalq Müdafiəsi Günündə – iyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun, Heydər Əliyev Mərkəzinin, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq festivalda müxtəlif yaş kateqoriyalarındakı uşaqlar maraq dairələrinə uyğun əyləncə seçib asudə vaxtlarını səmərəli keçirə və istedadlarını nümayiş etdirə biləcəklər.

Festival zamanı Mərkəzin parkı mövzular və əyləncə növləri üzrə zonalara bölünəcək. Burada günün əsas qəhrəmanları olan uşaqlara bir-birindən maraqlı və fərqli əyləncələr, maarifləndirici proqramlar təqdim olunacaq.