HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Onlayn media subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlanıb

Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin nəticələri açıqlanıb.

AZƏRTAC nəticələri təqdim edir.

Arzu Əliyeva və Alena Əliyeva “Rənglərdə yaşanan 10 il” mövzusunda keçirilən sərgidə iştirak ediblər

Dekabrın 28-də Zirə Mədəniyyət Mərkəzinin Eko-Park ərazisində yerləşən “Türk Dünyası” rəsm qalereyasında “Rənglərdə yaşanan 10 il” mövzusunda sərgi keçirilib. Mərkəzin 10 illik yubileyi ərəfəsində təşkil olunan sərgidə 6–30 yaşarası tələbə-rəssamların və müəllim heyətinin rəssamlığın rəngarəng texnikalarından istifadə edərək hazırladıqları əl işləri nümayiş etdirilib.

Şuşa daş kitabələri 1905-1906-cı illərdə erməni vəhşiliyinin yeni sübutlarını üzə çıxarır

Artıq iki ildən çoxdur ki, Qarabağın, ələlxüsus Şuşa şəhərinin maddi-mədəni irsi ilə bağlı bir çox abidələrdəki ərəb-fars və əski əlifba ilə Azərbaycan dillərində yazılmış mətnləri ardıcıl şəkildə tədqiq edirəm. Qədim yazılı abidələrlə zəngin olan Şuşa şəhərinin daş kitabələrində Azərbaycan tarixi, mədəniyyəti və ictimai-siyasi hadisələri ilə bağlı olduqca maraqlı və vacib faktoloji məlumatlar var.

“Musiqi məbədi Şuşa” kitabının təqdimatı olub

“İrsimizin Tətbiqi və Təbliği” İctimai Birliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə “Şuşa musiqidə” ədəbi-bədii tədbir keçirilib. Tədbir Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə ithaf edilən “Musiqi məbədi Şuşa” adlı kitabının təqdimatına həsr olunub. Mədəniyyət Nazirliyinin dəstəyi ilə nəfis şəkildə işıq üzü görən kitabın müəllifi sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızıdır.