HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Prezident İlham Əliyev yeni alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub 

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev təxliyə zamanı həyati təhlükəsi olanlara təcili tibbi yardım göstərməyə imkan yaradan yeni ambulanslar barədə dövlətimizin başçısına məlumat verib.

Nazirlər azad olunan ərazilərin bərpasında Azərbaycanla həmrəylik ifadə ediblər – BAKI BƏYANNAMƏSİ

Azərbaycan Respublikasının, Gürcüstan və Türkiyə Respublikasının Xarici İşlər Nazirlərinin Doqquzuncu Üçtərəfli Görüşünün Bakı Bəyannaməsinin tam mətni açıqlanıb. AZƏRTAC-ın xəbərinə görə, Bəyannamədə bildirilib ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun dəvəti və Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan və Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvilinin iştirakı ilə üç ölkənin xarici işlər nazirlərinin Doqquzuncu Üçtərəfli Görüşü martın 15-də Bakıda keçirilib.