HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

BMT-də ikinci həyat verilmiş Azərbaycan xalçalarının sərgisi təşkil edilib

Noyabrın 24-də Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyinin “Art Council Azerbaijan” təşkilatı ilə əməkdaşlığı çərçivəsində BMT-nin Baş Qərargahında “Azərbaycan xalçalarının ikinci həyatı” adlı sərginin açılışı olub. Daimi Nümayəndəlikdən AZƏRTAC-a verilən məlumata görə, tədbir Azərbaycanda 2025-ci ilin Suverenlik və Konstitusiya İli elan olunması münasibəti ilə keçirilib və ölkənin ən məşhur mədəni ənənələrindən birinə həsr olunub.

Azərbaycan UNESCO-nun Ümumdünya İrs Komitəsinin üzvü seçilib

Noyabrın 24-də Paris şəhərində Ümumdünya Mədəni və Təbii İrsin Qorunması üzrə 1972-ci il Konvensiyasına Tərəf Ölkələrin Baş Assambleyasının 25-ci sessiyası çərçivəsində UNESCO-nun Ümumdünya İrs Komitəsinin (ÜİK) 2025-2029-cu illər üzrə üzvlüyünə keçirilmiş seçkilərdə Azərbaycan Respublikası Komitənin üzvü seçilib.

Məmmədbəyli və Xanabad kəndlərinin sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib

İşğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı hərbi sursatlarla bağlı təhlükənin aradan qaldırılması üçün ərazilərdə müvafiq təmizləmə işləri aparılmaqla yanaşı, əhalinin maarifləndirilməsi də həyata keçirilir. Bununla əlaqədar olaraq, növbəti tədbir Zəngilanın Məmmədbəyli və Xocalının Xanabad kəndlərinə köçürülən ailələr arasında keçirilib.