Prezident İlham Əliyev: Türkiyə millisinə Hollandiya ilə oyunda qələbə arzu edirəm

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında uğurla çıxış edən qardaş Türkiyə milli komandasını 1/4 mərhələyə vəsiqə qazanaraq 8 ən güclü Avropa millisi arasında yer alması münasibətilə təbrik edirəm.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev rəsmi “X” sosial şəbəkə hesabında paylaşım edib.