HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Azərbaycan Prezidenti İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Adel bin Əbdulrəhman əl-Asuminin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakından məmnunluğunu ifadə etdi.

Azərbaycan Respublikası Prezidentinin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Dövlətimizin başçısı Türkiyədə keçirilən prezident və parlament seçkilərində səs çoxluğu qazanması münasibətilə Prezident Ərdoğanı və Cümhur İttifaqını təbrik edib.