HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda “Crescent Bay” layihəsinin təqdimatı və “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 27-də Bakıda “Crescent Bay” layihəsinin təqdimatı və “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, “Pasha Property Management” şirkətinin baş icraçı direktoru Elçin Qədimov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya “Crescent Bay” layihəsi barədə məlumat verdi.

Bakıda havada tozun miqdarı normadan 3-3.5 dəfə artıqdır

Bakı və Abşeron yarımadasında havada tozun konsentrasiyasında bir qədər də artım müşahidə edilib. Saat 19 radələrinədək havada tozun miqdarı normadan 1.5-1.7 dəfə artıq müəyyən edilmişdisə, saat 22 radələrində havada tozun miqdarının normadan 3-3.5 dəfə yüksək olması qeydə alınıb.

Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 110 il ötür

Yaratdığı əsərlərlə oxucunu düşündürmək, hisslərinə hakim kəsilmək, onu gözəlliklər aləminə çəkib aparmaq, haqq-ədalət uğrunda mübarizəyə ruhlandırmaq, həqiqətin tapılmasında hər kəsə yardımçı olmaq kimi ali keyfiyyətlər az-az qələm sahibinə nəsib olur. Dərin məna tutumu, ictimai fikrə hakim kəsilmək gücü ilə bir-birini tamamlayan, XX əsr Azərbaycan cəmiyyəti həyatının bütün sahələrini güzgü kimi əks etdirən aktual əsərləri ilə xalqın məhəbbətini qazanan İlyas Əfəndiyev belə xoşbəxt taleli sənətkarlardandır.