Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib.

Noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Zəfər abidəsini ziyarət edib və Zəfər muzeyinin açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Zəfər abidəsinin önünə əklil qoydu, şəhidlərin xatirəsini ehtiramla andı.

Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyaraq xatirəsini ehtiramla andı.

Bu gün Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə böyük coşqu və sevinclə qeyd edilir

ABŞ-ın Nyu-York şəhərində Zəfər Günü münasibətilə aksiya keçirilib.
AZƏRTAC-ın məlumatına görə, məşhur Tayms meydanındakı ən hündür göydələn, Dünya Ticarət Mərkəzi Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb. Aksiya Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin dəstəyi və Azərbaycan-Amerika Gənclər Federasiyasının təşkilatçılığı ilə reallaşıb.