HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak etmək üçün avqustun 8-də Qazaxıstana səfərə gəlib.

İcma: Azərbaycanlıların Ermənistandan deportasiyası bəşəriyyət tarixində qara səhifə kimi qalmaqdadır

Bu gün Ermənistandan sonuncu azərbaycanlıların qovulmasından 33 il ötür. Ermənistan hakimiyyət orqanlarının güc tətbiq edərək Zəngəzur mahalının Nüvədi kəndinin sakinlərini 1991-ci il avqust ayının 8-də öz doğma yurdlarından çıxarmasından sonra Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmamışdır. Beləliklə, 1987-ci ildən başlamış və 300 min azərbaycanlının Ermənistandan qovulması ilə nəticələnmiş sonuncu deportasiya başa çatmış və bu, bəşəriyyət tarixində qara səhifə kimi qalmaqdadır.

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısı

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısı açıqlanıb.

Bu barədə AZƏRTAC-a Mərkəzi Seçki Komissiyasından məlumat verilib.

Bakıda külək güclənib

Saat 08:30-a olan faktiki hava açıqlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağıb, şimşək çaxıb.