Azərbaycan Prezidenti İlham Əliyev Çinə işgüzar səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə avqustun 30-da bu ölkəyə işgüzar səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Tiencin şəhərinin Binxay Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.