
Amerika Birləşmiş Ştatları Ermənistan və Azərbaycanla imzalanmış sənədləri, eləcə də Prezident Trampın avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə görüşünün yekun sənədini Dövlət Departamentinin saytında dərc edib.
AZƏRTAC-ın Dövlət Departamentinə istinadən verdiyi məlumata görə, sənədlərə Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərindəki görüşünün yekunlarına dair Birgə Bəyannamə, Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması üçün Strateji İşçi Qrupun yaradılması ilə bağlı Amerika Birləşmiş Ştatları Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Anlaşma Memorandumu və Ermənistanla imzalanmış anlaşma memorandumları daxildir.
Azərbaycana aid sənədlərlə aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür.
https://www.state.gov/wp-content/uploads/2025/08/2025JointDeclaration.AzerbaijanArmenia.pdf
https://www.state.gov/wp-content/uploads/2025/08/2025MOUAzerbaijan.pdf
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











