“COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantı davam edir

“COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantı işini panel müzakirələrlə davam etdirir.
“COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantı işini panel müzakirələrlə davam etdirir.
Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a hazırlıq məqsədilə iyunun 19-da Bakıda “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantının rəsmi açılış mərasimi keçirilib.
Azərbaycan dünyada mina problemindən ən çox əziyyət çəkən ölkələrdən biridir. Ermənistan tərəfindən məqsədyönlü şəkildə yalnız hərbi təyinatlı deyil, müharibədən sonra Azərbaycanın bərpa və quruculuq işlərinə xələl gətirmək, onların sürətini azaltmaq və ləngitmək, həmçinin mülki Azərbaycan insanına qarşı maksimum xətər yetirmək məqsədilə minalardan geniş şəkildə istifadə edilib.
Bakıda təşkil ediləcək COP29-da 2025-ci ildən sonrakı dövr üçün iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması üzrə danışıqlar aparılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Bakıda “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda keçirilən Yüksək Səviyyəli 29-cu Toplantının iştirakçılarına müraciətində bildirilib.
Qərbi Azərbaycan İcması Fransanın Ermənistana silah satışı ilə bağlı bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir:
“Fransa Cənubi Qafqaz regionuna soxulmaq üçün orada vəziyyəti gərginləşdirən addımlar atır. 2024-cü il 18 iyun tarixində Fransadan Ermənistana “CAESAR” markalı özüyeriyən artilleriya qurğuları və onlar üçün mərmilərin satışı barədə müqavilə imzalanmışdır.
Bu il iyun ayına qədər Azərbaycan Ombudsmanın “916” nömrəli Çağrı Mərkəzinə 4 min 477 zəng daxil olub.
Bu barədə AZƏRTAC-a eksklüziv müsahibəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva məlumat verib: “Bu müraciətlərin statistikasına nəzər yetirdikdə görürük ki, kommunal problemlər, ünvanlı dövlət sosial yardımı, müayinə-müalicə, qeyri-obyektiv təhqiqat/istintaq, əlilliyin müəyyən edilməsi, müraciətin qeydə alınmaması, məşğulluq, məhkəmə qərarının icra olunmaması, aliment və digər məsələləri əhatə edib”.