HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Varşava Universitetində “Azərbaycan multikulturalizmi”nin tədrisinə başlanılıb

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizmi” fənninin xarici ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir. Layihə çərçivəsində Yaponiyanın Hokkaydo, Türkiyənin Erciyes, Bolqarıstanın Kliment Oxridski adına Sofiya və Rumıniyanın Aleksandr İoan Kuza universitetlərində 2025-2026-cı tədris ili üzrə dərslərə yenidən başlanılıb.

Azərbaycan Prezidenti İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.

Bakıda Azərbaycan-İran-Rusiya üçtərəfli görüşü keçirilib

Bu gün Bakıda Azərbaycan, İran və Rusiya arasında üçtərəfli görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin, Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukun və İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqin həmsədrliyi ilə keçirilən görüşdə hər üç ölkənin müvafiq qurumlarının səlahiyyətli nümayəndələri iştirak ediblər.