HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

18 İyun Azərbaycanda İnsan Hüquqları Günüdür

18 İyun Azərbaycanda İnsan Hüquqları Günüdür.

Müasir müstəqil Azərbaycan Respublikasında ilk dəfə 1998-ci il iyunun 18-də Ulu Öndər Heydər Əliyev tərəfindən “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilib və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə məhz həmin tarixi gün – iyunun 18-i Azərbaycanda İnsan Hüquqları Günü elan edilib.

Macarıstan Milli Assambleyasının üzvləri Milli Məclisdə olublar

İyunun 17-də Macarıstan Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun rəhbəri Attila Tilki və qrupun üzvü İstvan Apati Milli Məclisdə olublar.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə nümayəndə heyəti Milli Məclisin plenar iclas zalı ilə tanış olub.

Macar parlamentarilər Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Fides-Macar Vətəndaş İttifaqı Partiyasının üzvü, Macarıstan Milli Assambleyasının Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Attila Tilkinin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 17-də Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə gül dəstələri düzüb.

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Məhəmməd Şahbaz Şərif dövlətimizin başçısını, dost və qardaş Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.