HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

İƏT Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı bəyanat yayıb

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: “1992-ci ildə Azərbaycan Respublikasının Xocalı şəhərində törədilən soyqırımının 32-ci ildönümü ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi cənab Hissein Brahim Taha şəhid olanların xatirəsinə ehtiramını bildirib.

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı yubileyi münasibətilə təbrik edib, Türkiyənin rifahı naminə fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Xocalıda arxeoloji park yaradılacaq

Xocalıda Azərbaycan xalqının tarixi keçmişini əks etdirən və erməni işğalı zamanı ağır zərbələrə məruz qalmış abidələr eramızdan əvvəl II minilliyin ikinci yarısı – I minilliyin əvvəllərində bu ərazinin böyük yaşayış məskəni olmasından xəbər verir. Əsasən “Böyük Kurqan” çölündə yerləşən Xocalı nekropolunun sahəsi 200 hektardır. İki zirvəsi olan “Haçatəpə kurqanı”nın diametri 300 metrdir. Qədim yaddaşı silmək məqsədilə ermənilərin dağıdıb gizlətməyə cəhd etdikləri abidələrin tədqiqi və bərpası tarix elmində yeni səhifə açacaq. Xocalının üç min ildən artıq bir dövrü əhatə edən abidələr kompleksi təkcə Azərbaycanın deyil, Qafqazın və Türk dünyasının maddi-mədəni irsinin araşdırılması baxımından da əhəmiyyətlidir.