XƏBƏRDARLIQ: Havanın temperaturu ötən günlərlə müqayisədə Bakıda 3-5, regionlarda 5-8 dərəcə aşağı enəcək
Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə məlumat yayıb.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 5-i səhərdən 6-dək şimal-qərb küləyinin 15-20 metr/saniyə, arabir 23-28 metr/saniyə, gündüz yarımadanın bəzi yerlərində arabir 30-32 metr/saniyəyədək güclənəcəyi gözlənilir.