HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Münxen platforması beynəlxalq güclərə Azərbaycanla münasibətlərin yaxşılaşdırılması üçün bir şansdır – ŞƏRH

Münxen Təhlükəsizlik Konfransı dünya miqyasında beynəlxalq siyasət və təhlükəsizlik məsələlərinin müzakirə edildiyi ən böyük platformalardan biri kimi qəbul olunur. İyirmi ildən çoxdur keçirilən Münxen Təhlükəsizlik Konfransını bu istiqamətdə keçirilən tədbirlər içərisində ən nüfuzlu hesab etmək olar. Bu konfransda Avropada, eləcə də qlobal miqyasda təhlükəsizlik məsələləri nəzərdən keçirilir. Tədbirdə bir sıra dövlətlərin başçılarının, nüfuzlu siyasətçilərin və ekspertlərin, şirkət rəhbərlərinin aktual problemlərin həlli ilə bağlı mülahizələri dinlənilir, yekun sənədlər qəbul edilir. Platformanın missiyası dövlət və hökumət başçıları, siyasətçilər, parlamentarilər, beyin mərkəzləri, özəl sektor, QHT-lər, media və beynəlxalq təhlükəsizlik sahələrində ixtisaslaşan təşkilat və mütəxəssislər arasında davamlı və qeyri-rəsmi dialoq yaratmaqla etimad qurmaq, qlobal və regional problemlərin, münaqişələrin həllinə töhfə verməkdir.

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransının sədri ilə görüşüb

Fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Münxen Təhlükəsizlik Konfransının sədri Kriştof Xoysqenin görüşü olub.

AZƏRTAC xəbər verir ki, Kriştof Xoysqen Münxen Təhlükəsizlik Konfransına dəvəti qəbul etdiyinə və iştirakına görə dövlətimizin başçısına təşəkkürünü bildirdi, COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı.