Havanın temperaturu ötən günlərlə müqayisədə 6-9° aşağı enəcək
Bakıda və Abşeron yarımadasında noyabrın 27-si gündüzdən 28-i səhərdək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 28-də arabir yağış yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var.