SPECA-nın 25-ci ildönümünün qeyd olunmasına dair BMT Baş Assambleyasının qətnamə layihəsi yekdilliklə qəbul edilib
Noyabrın 20-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan tərəfindən irəli sürülmüş BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümünün qeyd olunmasına dair BMT Baş Assambleyasının qətnamə layihəsi yekdilliklə qəbul edilib.