Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, bəzi yerlərdə qar yağır – FAKTİKİ HAVA
Saat 09:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, bəzi yerlərdə qar yağır.
Saat 09:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, bəzi yerlərdə qar yağır.
Yanvarın 27 də Gəncə-Daşkəsən Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin 24 saylı kitabxana filialı Türkdilli dövlətlərin siyasətinə dəstək fondu ilə birgə Azərbaycan Xalq Cümhuriyyətinin qurucu liderlərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi münasibətilə “Cümhuriyyətin əbədiyaşar lideri M.Ə Rəsulzadə” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirib.
Təkcə AŞPA deyil, digər Avropa institutları da Azərbaycana qarşı ədalətsiz mövqe nümayiş etdirirlər. Lakin onlar bunu gizlicə həyata keçirirlər. Avropa Şurası Parlament Assambleyası (AŞPA) isə bu mövqeni açıq-aşkar nümayiş etdirməklə bu kimi institutların iç üzünü göstərmiş oldu.
Bunu AZƏRTAC-a açıqlamasında gürcü ekspert Tengiz Txilava deyib.
Magistraturaya sənəd qəbulu davam edir.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu yanvarın 29-u saat 23:59-dək davam edəcək.
Qırmızı dənizdə yaranan böhran artıq Avropa iqtisadiyyatına mənfi təsirini göstərməyə başlayıb. Üsyançı husilərin Asiyadan Avropaya yük daşıyan neft və ticarət gəmilərini atəşə tutması qitə ölkələrində qiymətlərin artması və yeni inflyasiya dalğası ilə müşahidə edilir.
Azərbaycanın İrandakı səfirliyində terror aktı törədən şəxsin ilk məhkəmə iclası bu gün keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin İrandakı səfirliyimizə hücumla bağlı yaydığı bəyanatda bildirilib.