XİN: Mina qurbanlarının sayı 337-yə çatıb

Bu gün 1960-cı il təvəllüdlü Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində xəsarət alıb. Bununla da mina qurbanlarının sayı 337-yə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.