HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Birinci vitse-prezident Mehriban Əliyeva Milad bayramı münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Milad bayramı münasibətilə ölkəmizdəki xristian icmasını təbrik edib.

AZƏRTAC xəbər verir ki, Mehriban xanım Əliyevanın rəsmi instaqram səhifəsində etdiyi paylaşımda deyilir: “Milad bayramı münasibətilə Azərbaycanın xristian icmasını səmimi-qəlbdən təbrik edir, bütün həmvətənlərimizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram!”.

Azərbaycanın Pravoslav Xristian İcması Milad bayramını qeyd edir

Yanvarın 7-də pravoslavlar ən vacib xristian bayramlarından birini – Milad bayramını qeyd edirlər.

AZƏRTAC xəbər verir ki, Milad bayramı bir gün əvvəl, yanvarın 6-dan başlayır. Pravoslavlara görə bu, 40 günlük orucun son günü və Miladın qeyd edilməsi üçün daha möhkəm hazırlıq vaxtıdır.

Məzahir Pənahov: 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb

Ölkədən kənarda yaşayan seçicilərin səsvermə hüququnu təmin etmək üçün 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında məlumat verib. O bildirib ki, həmin məntəqələrdə xaricdə yaşayan soydaşlarımız səs verə biləcəklər.

MSK: 72 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib

İndiyə qədər seçkiləri müşahidə etmək üçün 19 ölkədən 72 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında məlumat verib.

Bu gün görkəmli şair Mikayıl Müşfiqin anım günüdür

Yanvarın 6-sı XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı, nakam şair Mikayıl Müşfiqin xatirəsini anma günüdür. O, həyatdan erkən getsə də, özündən sonra yaradıcılıq eşqi ilə dolu lirik nümunələr qoyub.

AZƏRTAC xəbər verir ki, bu gün görkəmli şair Mikayıl Müşfiqin vəfatından 86 il ötür.