Milli Kitabxana “Epiqrafçı alim Məşədixanım Nemətova – 100” adlı ənənəvi sərgi təqdim edib

Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Epiqrafçı alim Məşədixanım Nemətova – 100” adlı ənənəvi kitab sərgisi hazırlanıb.
AZƏRTAC xəbər verir ki, sərgidə alimin Azərbaycan və rus dillərində əsərləri, redaktoru, rəyçi olduğu əsərlər və elmi məcmuələrdə nəşr olunmuş məqalələri nümayış olunur.
Sərgi bir həftə davam edəcək.